Food (Yemək) çəkilişi
Bu çəkiliş növü reklam, menyu, jurnal və digər yeməklə bağlı yerlərdə istifadə etmək məqsədi ilə həyata keçirilən fotosessiya növüdür. Menyuda və restoranların veb saytında yüksək keyfiyyətli yemək şəkillərinin istifadəsi müştəridə şüuraltı olaraq iştahanın açılmasına və ödəniləcək hesaba birbaşa təsirini göstərir. Digər tərəfdən isə food fotosessiyası təklif olunan yeməyin tərkibi və görünüşü ilə bağlı müştəriyə ətraflı məlumat təqdim etmək imkanı yaradır.
Əşyaların çəkilişi
Əşyaların foto çəkilişi məhsul və ya xidmətin cəlbedici görünüşünün yaradılması üçün çox vacibdir. Yaxşı əşya foto çəkilişi bu istiqamətdə fəaliyyət göstərən şirkətlərin öz məhsullarını doğru təqdimat etməsi üçün əsas elementlər sırasında birinci yerdə durur. Geniş təcrübəyə malik fotoqraf tərəfindən düzəliş edilib daha sonra çəkilmiş foto şəkillər məhsulu ən yaxşı tərəfdən nümayiş etdirməyə və potensial müştərilərin gözündə müsbət imic yaradır. Əşyaların foto çəkilişi zamanı əsas diqqət məhsulun unikallığını göstərmək, onu yaddaqalan etmək və güclü tərəflərini qabartmağa yönəlir.
Məkan çəkilişləri
Hər hansı bir məkanın (restoran, otel) foto çəkilişini həyata keçirmək üçün o məkanı hiss etmək lazımdır. Həmin məkanın daxilində və xaricində olan yerləri qarış-qarış gəzib həm müştəri, həm də fotoqraf gözü ilə analiz etmək gərəkdir. Məkandaxili və məkan xarici foto çəkilişlər də əsas diqqət olunacaq məqamlar düzgün baxış bucaqlarını seçmək, müştərilərin hiss edəcəyi rahatlığı və özəlliyi yaddaşlara həkk etdirməkdir. Bunun üçün isə peşəkarlıq və doğru texniki avadanlıqları seçmək lazımdır.
Korporativ Çəkilişlər
Bu kateqoriyalı foto çəkilişlər özündə korporativ dəsti xətti formalaşdırır. Şirkətin fəlsəfəsini, fəaliyyət istiqamətini, əməkdaşlarının işinin dərinliyini və bazarda tutduğu mövqeyini şəkillərdə əks etdirmək özü bir məsuliyyətdir. Bu işdə hər bir detal önəm daşıyır. Həmin detalları ardıcıl şəkildə düzdükdə isə bir şirkət tablosu formalaşır. Korporativ foto çəkilişlərin uğurlu alınması təkcə fotoqrafdan deyil, həmçinin hər bir şirkət əməkdaşının çəkiliş zamanı öz işinə necə yanaşmasından asılıdır.
Sahə çəkilişləri
Bu çəkiliş növləri üzrə sorğular daha çox sənaye və kənd təsərrüfatı şirkətlərindən daxil olurlar. Bu kateqoriya foto çəkilişlərdə ən çox çətinlik yaradan nöqtələr gözəl kadrların alınması üçün uzun məsafələr qət etmək və qapalı məkanlardakı işıqlandırma məsələsidir. Açıq sahələrdə işıqlandırma hava şəraitinə, daxili məkanlarda isə əlavə işıqlandırma texnikasına bağlıdır.
Emosional çəkilişlər
Şirkətlər ödənişli platformalardan əldə edə bilmədikləri şəkilləri çəkdirməyə məcbur olurlar. Bu növ şəkillər daha çox endirim və xüsusi günlər də istifadə olunur. Belə bir çəkilişlər həm müştərinin ofisi, həm də xüsusi foto studiyalarda həyata keçirilir. Bu kateqoriya çəkilişlərdə geyim, qrim və digər aksesuarlar isə mövzuya əsasən təyin olunur.
Çatdırmaq istədiyiniz sözləri belə, şəkillər vasitəsilə çatdırırıq.
Portfolio
Spesefik məhsul çəkilişindən, kənd təsərrüfatı sahələrinin çəkilişinə kimi geniş portfoliomuz mövcuddur. Hər bir işin arxasında isə keyfiyyət, doğru nöqtələrin yaddaşlara həkk olunması və komanda işi dayanır.
Texniki Avadanlıq
Müştərilərin tələblərinə cavab vermək və daha da keyfiyyətli işlər görmək üçün hər il texniki bazamızda müvafiq yenilənmələr edirik. Hal-hazırda foto çəkiliş üçün tələb olunan 45-dən çox texniki resurlarımız mövcuddur.
Məxfilik
Bir çox şirkətlər foto çəkilişin növündən asılı olaraq məxfilik müqaviləsinin imzalanmasını tələb kimi qoyurlar. Biz bu kimi məsələləri anlayışla qarşılayır, şirkət üçün çəkilmiş şəkillərin yayımlanmamasına zəmanət veririk.
Foto brif
Gəlirik işin əsas mərhələsinə. Sonradan yarana biləcək xoşagəlməz münasibətlərin qarşısını almaq üçün müştəri ilə birlikdə foto brif formalaşdırırıq. Bu hər iki tərəf üçün simvolik sığortalanma kimi qiymətləndirilsə də, istəkləri dəqiqləşdirməyə və prosesləri sürətləndirməyə kömək edir.
Sifariş et
“Brendinq” sorğusu üzrə tapılan nəticə 29
Marcom şirkəti brendinq xidmətlərinin sayını artırır. Yerli şirkətlər ilə
əməkdaşlığı genişlənir.
Azərbaycanın marketinq və kommunikasiyalar şirkəti Marcom, ölkədə 300-dən
çox müxtəlif fəaliyyət istiqamətli şirkətlərin partnyor olduğu Marsol sahibkarlar klubuna
partnyor seçildi.
Daha ətraflı