Haqqımızda
Marcom Marketinq və Kommunikasiyalar şirkəti bazar iştirakçılarının tələblərini doğru qarşılamaq və bu sahəyə yeni dəsti-xətt gətirməkdə olan bir şirkətdir.
Marketinq və kommunikasiya şirkəti olaraq hər bir şirkətin gəlir əldə etmək kimi yüksək potensialının olduğuna inanır və bunun üçün həmin şirkətin sadəcə doğru marketinqə ehtiyac olduğunu düşünürük.
Bunun üçün də həm Azərbaycanda, həm də Gürcüstanda markamızın bazar mövqeyini möhkəmləndirməkdə və şirkətlərə praktik marketinq həlləri təklif etməkdə davam edirik.
Hədəfimiz
Marcom şirkəti olaraq bazara yeni xidmətlər gətirməklə müştərilərin seçim imkanlarını genişləndirmək və bazarda öz imicini formalaşdırmaq istəyən şirkətlərə dəstək olmaqdır.
Şirkətimizə uğurlu kadr transferləri etməklə marketinq və kommunikasiya sahəsində şirkətlərə öz potensiallarını kəşf etməkdə maraqlıyıq.
“Maarifləndir ki, müştəri qazanasan" şüarı altında şirkətlərin bu sahədə olan biliklərini üst səviyyəyə çatdırmaq və bazarı sağlamlaşdırmaq şirkətimizin əsas prioritetlərindəndir.
Xidmətlərimiz
Marcom şirkəti olaraq təmsil olunduğumuz hər iki ölkədə şirkətlərə ümumilikdə 36 marketinq xidməti təklif etməkdəyik. Faydalı iş əmsalı əsasında formalaşdırdığımız qiymətlər ilə müştərilərə veb və qrafik dizayn, rəqəmsal marketinq, media və digər əlavə marketinq xidmətləri təqdim edirik.
Üstünlüklərimiz
Peşəkarlardan ibarət komanda
Layihələrin sürətli və keyfiyyətli olması üçün şirkət olaraq komandamıza daima yeni peşəkarlar cəlb edirik. Bazarda öz sahəsi üzrə peşəkar olan insanlar hər zaman bizim diqqət mərkəzimizdədir. Bir şirkət olaraq yeni peşəkarların şirkətimizə dəyər qatmasında maraqlıyıq.
Texniki imkanlar
Marcom Marketinq və Kommunikasiyalar şirkəti olaraq təqdim etdiyimiz xidmətlərin 80%-nin icrasını öz texniki imkanlarımız hesabına həyata keçiririk. Bu texniki imkanları daha da genişləndirmək üçün yeni texnologiyalara daima yatırım edirik.
Özəl proqramlaşdırma
Bir çox bazar iştirakçılarından fərqli olaraq layihələrin icrası zamanı istər frontend, istərsə də backend hissədə ən sürətli framework (freyvörk)-lərdən istifadə edirik. İcra etdiyimiz layihələrdə hər hansı bir hazır proqramlaşdırma modullarından istifadə olunmur.
Layihələrin İdarəedilməsi Platforması
Layihələrin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsi üçün müştərilərlə “Layihələrin İdarəedilməsi Platforması” üzərindən işlənilir. Müştərinin sifarişlə bağlı gedişatı izləyə bilməsi üçün həmin platformada hesab açılır və işin icra prosesi ilə tanış olmasına şərait yaradılır.
Tanıtım Çarxı
Marcom Marketinq və Kommunikasiyalar şirkəti olaraq təqdim etdiyimiz xidmətlərin 80%-nin icrasını öz texniki imkanlarımız hesabına həyata keçiririk. Bu texniki imkanları daha da genişləndirmək üçün yeni texnologiyalara daima yatırım edirik.
