Məlumat dağınıqlığı
Göndərilən məlumatların dağınıq və struktursuz olması işi icra edən marketinq şirkətinin yükünü artırır. Bu prosesi sürətləndirmək üçün Marcom şirkəti olaraq bir çox layihələrdə qarşı tərəfə dəstək məqsədi ilə layihə meneceri göndəririk.
Foto çəkiliş
Azərbaycan müştərisi kataloqlarda internetdən götürülmə şəkilləri deyil, ona yaxın olan simaları və ya real işləri görmək istəyir. Əlinizdə olan şəkillər köhnə, keyfiyyətsiz və ya aşağı həcmlidirsə, Sizə foto brif hazırlamaqda dəstək ola bilərik.
Məlumatın saxlanılması
Biz bir çox şirkətlərə kataloq hazırlasaq da, şirkət daxili struktur və kadr dəyişikliyi zamanı şirkət göndərilən məlumatların elektron formasını itirir. Şirkətinizdə tez-tez belə hallar baş verirsə, narahat olmayın. Biz digər müştərilərimizin məlumatlarını aylıq minimal ödəniş qarşılığında serverlərimizdə saxlayırıq.
Kontent yetərsizliyi
Bir çox hallarda müştərilərin kataloq üçün göndərdiyi mətnlər istehlakçıların tələblərini qarşılamır və ya həddindən çox olur. Belə olan halda görüş zamanı müştərinin kontentini analiz edib, daha yaxşı kontent yazıla biləcəyini bildirməyi özümüzə borc bilirik.
Loqolar
Kataloqda tərəfdaşlıq etdiyiniz şirkətlərin loqoları yer alacaqsa, həmin şirkətlərin loqolarının keyfiyyətli versiyalarını öncədən alın. Biz çapda bulanıq düşən loqolara görə Sizinlə münasibətlərimizin korlanmasını istəmirik.
Koordinasiyalı şəxs
Bir çox şirkətlər bu kimi xidmətlərin icrası üzrə doğru koordinasiyalı şəxs ayıra bilmirlər. Bu isə nəticədə həm işin gecikməsi, həm də tərəflər arasındakı münasibətlərin gərginləşməsinə gətirib çıxarır. Biz bu xoşagəlməz anları Sizinlə yaşamaq istəmirik.
Kataloq şirkətinizə və işinizə verdiyiniz dəyərin göstəricisidir.
Sizə necə bir kataloqlar təklif edirik?
Dövrü kataloqlar
Bu kataloq növləri müəyyən müddətdən bir çap olunmaqla, şirkət müştərilərinə daxildə baş verən dəyişikliklər, məhsul və xidmətlərin qiymətləri barədə məlumat verir. Bu cür kataloqlar mövsümi və ya illik olur. Bir çox müştərilər şirkətlərin bu cür kataloqları təqdimetmə tezliyinə tez alışırlar. Məhz buna görə də bu cür kataloqları dizayn və çap edərkən məlumatların təqdimetmə tərzinə və onun strukturuna diqqət etmək lazımdır. Çox vaxt bu kimi dövrü kataloqlar müntəzəm olaraq poçt vasitəsilə şirkətlə işləmək istəyən müştəri bazalarına göndərilir.
İmic kataloqları
Bu növ kataloqların vəzifəsi bir şirkətin müəyyən məhsul və xidmətlərini ən yaxşı fərqləndirən şəkildə müştəriyə çatdırmaqdan ibarətdir. Burada şirkətin məhsul və xidmətləri ikinci, şirkətin tarixi, fəlsəfəsi, uğurları, tərəfdaşları və s. göstəriciləri haqqında məlumatar isə birinci dərəcəli məlumat kimi təqdim olunur. Bu kataloqlar daha çox konfrans və sərgilərdə iştirak zamanı tərəfdaş olmaq istədiyi şirkətlərin nümayəndələrinə paylanılır. Belə kataloqların çap olunması zamanı adətən bahalı və cəlbedici materiallardan (laklama, laminasiya, qabarıq hərflər və s.) istifadə olunur.
Reklam kataloqları
Bu növ kataloqlarda sadəcə müştərilər üçün təqdim olunan məhsul və xidmətlərin siyahısı, dəyəri və təsviri göstərilir. Belə bir kataloqlar böyük mağaza və hipermarketlər, geniş məhsul çeşidi təklif edən şəbəkə şirkətlər tərəfindən sifariş edilir. Onlar sadəcə mağazalara gələn qonaqlara paylanır.
Məlumat tipli kataloqlar
Bu tip kataloqlar özündə kifayət qədər ciddi məlumatları birləşdirir. Bu məlumatlara şirkətin təqdim etdiyi məhsul və ya xidmətin cəlbedici şəkli, onun xarakteristikası, istifadə qaydası, əks təsirləri və s. hissələr daxildir. Bu kateqoriyaya aid olan kataloqlar böyük tirajlarla çap olunur və insanların daha çox toplaşdığı yerlərdə paylanılır.
Sifariş et
“Brendinq” sorğusu üzrə tapılan nəticə 29
Marcom şirkəti brendinq xidmətlərinin sayını artırır. Yerli şirkətlər ilə
əməkdaşlığı genişlənir.
Azərbaycanın marketinq və kommunikasiyalar şirkəti Marcom, ölkədə 300-dən
çox müxtəlif fəaliyyət istiqamətli şirkətlərin partnyor olduğu Marsol sahibkarlar klubuna
partnyor seçildi.
Daha ətraflı