Bazarın Araşdırılması

Şirkətin əlində kifayət qədər maddi və insan resursu olmadığı üçün bu istiqamət üzrə bazar araşdırmasına diqqət ayıra bilmir. Bu da nəticədə müştəri psixologiyasına yad bir məhsul qablaşdırılmasının dizayn olunmasına gətirib çıxarır.

Frilans dizaynerlə iş

Ölkədə frilans bazarın inkişaf etməsinə qarşı deyilik. Sadəcə olaraq bu kateqoriya sifarişlər eyni dalğada olan komanda yoldaşları ilə geniş müzakirə tələb edir. Bu olmadığı təqdirdə ortaya çıxacaq məhsul bir insanın baxış bucağına əsasən formalaşır ki, bu da şirkət üçün çox risklidir.

İstehsal xətti

Biz dəfələrlə istehsal xətti nəzərə alınmadan hazırlanmış qablaşdırma və etiketlərin üzərində yenidən işləməli olmuşuq. Bu yanlış addım qarşı tərəfə həm maddi, həm də vaxt baxımında çox ciddi şəkildə geri salır.

Çap texnologiyası

Bir çox şirkətlər ölkə daxilində çap texnologiyasını nəzərə almadan qablaşdırma və ya etiketin dizayn olunması prosesinə baş verirlər. Nəticədə isə son məhsul kompüterdə göründüyü kimi göz oxşayan formada çap oluna bilmir.

Mətn

Qablaşdırma və ya etiket üzərində yer alacaq mətnləri dəqiqləşdirmədən dizayn prosesinə başlamaq bir çox şirkətləri sonradan xoşagəlməz hallarla qarşı-qarşıya qoyur. Təsdiqlənmiş mətnlərin öncədən təqdim olunması dizayn prosesini asanlaşdırır.

Qanunvericilik

Şirkətlərin bir çoxu qablaşdırma və etiket dizaynları ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəalar unudur. Hansı elementin harada və ya niyə qoyulmasının vacibliyini ancaq peşəkar şirkətlə işləyən şirkətlər bilir.
Qablaşdırmanı şəxsi deyil, müştəri psixologiyasına uyğun hazırlayın.
Qablaşdırma və ya etiket dizaynının mərhələləri:

Araşdırılması

Bu mərhələdə hər kəsə açıq olan məlumatlar əsasında bazarın və rəqiblərin analizi aparılır. Mərhələnin nəticəsindən asılı olaraq dizayn konseptlərinin formalaşması baş tutur.

Beyin Fırtınası

Araşdırmanın nəticəsi və hər hansı bir dizayn eskizlərinin hazırlanması üçün layihədə iştirak edən əməkdaşlar arasında fikir bölgüsü aparılır, müxtəlif ideyaların müzakirəsi aparılır.

Tendensiya

Qablaşdırma və ya etiket dizaynının bu mərhələsində marketoloq və qablaşdırma üzrə dizaynerlər makro və mikro trendlərin, rənglərin araşdırmasını həyata keçirirlər. Məsələn: Çay üzrə tendensiya, süd üzrə tendensiya və s.

Dizayn konsepti

Beyin fırtınası mərhələsindən sonra qablaşdırma üzrə ixtisaslaşmış dizayner müzakirə zamanı əldə olunmuş ümumi fikirlərin vizual təsvirini həyata keçirir. İlkin müzakirələr əsasında hazırlanmış eskizlər yenidən müzakirəyə çıxarılır.

İlkin Təqdimat / Düzəlişlər

Müzakirələr əsasında hazırlanmış ilkin versiyanın müştəri üçün təqdimatı həyata keçirilir. Müştərinin məntiqli şərhləri əsasında təqdim olunmuş versiya üzərində müvafiq dəyişikliklər həyata keçirilir.

Ölçülərə Adaptasiya

Müştərinin məntiqli şərhləri əsasında hazırlanmış qablaşdırma forması və ya etiket dizaynına sonra təqdim olunmuş SKU saylarına və ölçülərə uyğun adaptasiya işləri həyata keçirilir.
Sifariş et
Məsləhət al

“Brendinq” sorğusu üzrə tapılan nəticə 29

Marcom şirkəti brendinq xidmətlərinin sayını artırır. Yerli şirkətlər ilə əməkdaşlığı genişlənir. Azərbaycanın marketinq və kommunikasiyalar şirkəti Marcom, ölkədə 300-dən çox müxtəlif fəaliyyət istiqamətli şirkətlərin partnyor olduğu Marsol sahibkarlar klubuna partnyor seçildi. Daha ətraflı